Azərbaycan və Rusiya dini liderləri görüşəcək


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə oktyabrın 11-14-də Rusiyada səfərdə olacaq.


QMİ-nin Mətbuat Xidmətindən verilən məlumata görə, səfər Moskva və bütün Rusiya Patriarxı Kirillin dəvətinə əsasən həyata keçirilir.


Səfər çərçivəsində Şeyxülislam A.Paşazadə Patriarx Kirillə görüşəcək. Moskvada, habelə, dini liderlərin üçtərəfli görüşü gözlənilir.


Qafqaz Müsəlmanları İdarəsi Moskva şəhərində Azərbaycanın Rusiyadakı səfirliyi ilə birgə azərbaycanlılar və digər dini konfessiya nümayəndələrinin iştirakı ilə Vətən müharibəsi şəhidlərinin anım mərasimini təşkil edəcəkdir.