top of page

Azərbaycan və Qazaxıstan KOB-lar arasında əməkdaşlığı təşviq edəcək


Azərbaycan və Qazaxıstanın KOB-ları arasında əməkdaşlığın təşviqi və dəstəklənməsi nəzərdə tutulur.

Mugantv İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir ki, bunlar, ötən gün qurumun Qazaxıstanın Xarici Ticarət Palatası ilə imzaladığı Anlaşma Memorandumunda öz əksini tapıb. Sənədi Prezident İlham Əliyevin Qazaxıstana rəsmi səfəri çərçivəsində Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov və Palatanın İdarə Heyətinin sədri Ayan Yerenov imzalayıblar. Memorandum həmçinin ticarət, investisiya imkanları, iqtisadi əməkdaşlıq, KOB sahəsində yeniliklər və müxtəlif tədbirlərə dair qarşılıqlı məlumat, KOB-lara xidmət sahəsində təcrübə mübadiləsi, KOB-lar arasında əməkdaşlığın gücləndirilməsi üçün birgə tədbir və sərgilərin təşkili kimi məsələləri nəzərdə tutur.

Comments


bottom of page