top of page

Azərbaycan və İsrail XİN başçıları əlaqələri genişləndirmək barədə razılığa gəlib


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla İsrailin xarici işlər naziri Eli Koen arasında telefon danışığı olub.

Mugantv xəbər verir ki, bunu israilli nazir tviterdə yazıb.

O bildirib ki, telefon danışığı zamanı Azərbaycanın İsraildə səfirliyinin açılması və səfirin təyin olunması məsələlərini müzakirə ediblər.

“Mən həmkarımı səfərə dəvət etdim. Biz iki ölkə arasında münasibətləri möhkəmləndirmək və əməkdaşlığı genişləndirmək barədə razılığa gəldik”, - İsrailin XİN başçısı vurğulayıb.

C.Bayramov, həmçinin E.Koeni yeni təyinatı münasibətilə təbrik edib.

Qeyd edək ki, Prezident İlham Əliyev noyabrın 26-da Azərbaycanın İsrail Dövlətində (Təl-Əviv şəhərində) səfirliyinin təsis edilməsi ilə bağlı sərəncam imzalayıb.

Dövlət başçısının yanvarın 11-də imzaladığı digər sərəncamla Muxtar Məmmədov Azərbaycanın İsraildəki fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Comentarios


bottom of page