top of page

Azərbaycan və ABŞ “yaşıl enerji” üzrə əməkdaşlıq edə bilər


Azərbaycan və ABŞ “yaşıl enerji” üzrə əməkdaşlıq imkanlarını müzakirə edib.

Bu barədə energetika naziri Pərviz Şahbazovun ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Hüqo Qevara ilə görüşü zamanı bildirilib.

Məlumata görə, görüşdə Azərbaycan və ABŞ arasında enerji sahəsində qarşılıqlı əməkdaşlığın perspektivləri də müzakirə edilib.

Görüşdə ABŞ şirkətlərinin enerji sahəsində digər infrastruktur layihələrində iştirakına maraq ifadə olunub, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Comments


bottom of page