top of page

Azərbaycan və ABŞ arasında ikitərəfli müdafiə məsələləri müzakirə olunub


ABŞ-da səfərdə olan müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov ABŞ Milli Qvardiya Bürosunun rəis müavini general-leytenant Mark Sassevil ilə görüşüb.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahimin də iştirak etdiyi görüşdə "Ştatla Tərəfdaşlıq Proqramı" çərçivəsində hərbi əməkdaşlığın cari vəziyyəti, gələcəkdə bu istiqamətdə görülən işlərin daha da inkişaf etdirilməsi, hərbi pilotların hazırlığı, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

bottom of page