top of page

Azərbaycan Tver vilayətindən 245 ton ev heyvanı yemi idxal edib


Bu il Rusiyanın Tver vilayətinin müəssisələri ev heyvanları üçün Azərbaycana 245 ton yem ixrac edib.

Mugantv bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə ("Rosselxoznadzor") istinadən xəbər verir.

Ümumiyyətlə Tver vilayətinidən 2022-ci ildən ev heyvanları üçün 785 ton yem ixrac edilib.

"Rosselxoznadzor"un Tver və Yaroslavl vilayətləri üzrə idarəsi, bu il Tver vilayətindəki müəssisələr tərəfindən istehsal olunan 2 720 ton heyvan yemi və yem əlavələrinin ixracına nəzarət edib.

Məlumata görə, bunun 755 tonu quru yem mayası Avropa İttifaqına, 30 tonu Özbəkistana göndərilib.

Baytarlıq nəzarəti zamanı 186 nəqliyyat vasitəsinə texniki baxış keçirilib, baytarlıq tələblərinin pozulması faktı aşkar edilməyib.

bottom of page