Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Gürcüstan parlamentinin sədri Şalva Papulaşvili ilə görüşüb.
Məlumatı Gürcüstan parlamentinin mətbuat xidməti yayıb.
Bildirilib ki, görüşdə iki ölkə arasında çoxşaxəli və hərtərəfli əməkdaşlıq əlaqələrinə nəzər salınıb. Tərəflər strateji tərəfdaşlığın daha da dərinləşdirilməsinə hazır olduqlarını bildiriblər.
Görüşdə, həmçinin regionda təhlükəsizlik vəziyyəti müzakirə edilib, sülh, sabitlik və rifah naminə region ölkələri arasında əməkdaşlığın zəruriliyi vurğulanıb.
Söhbət zamanı Gürcüstan və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin layiqincə qeyd olunmasının vacibliyi qeyd edilib.
Comments