top of page

Azərbaycan Respublikasında özəl ümumölkə teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstəril


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında özəl ümumölkə teleradio yayımçıları tərəfindən ölkə ictimaiyyətinin operativ və dolğun informasiya ilə təmin edilməsi, Azərbaycan haqqında həqiqətlərin dünyaya çatdırılması, xaricdə yaşayan azərbaycanlıların öz Vətəni barədə məlumatlılığının artırılması, Azərbaycan xalqının mədəniyyətinin, milli-mənəvi dəyərlərinin təbliği sahəsində fəaliyyətinin stimullaşdırılması, maarifçilik xəttinin gücləndirilməsi, peşəkarlığın yüksəldilməsi, həmçinin televiziya və radioların texniki imkanlarının artırılması, əhatə dairəsinin daha da genişləndirilməsi zəruriliyini nəzərə alaraq qərara alıram:

1. Azərbaycan Respublikasında fəaliyyət göstərən özəl ümumölkə teleradio yayımçılarının “Azerspace-1” peyki ilə və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasına 4,0 (dörd) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 dekabr 2021-ci il

Comments


bottom of page