top of page

Azərbaycan qeyri-neft ixracını 37 % artırıb


Bu ilin yanvar-fevral aylarında Azərbaycanın qeyri-neft ixracının dəyəri 651,4 milyon ABŞ dolları təşkil edib.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 36,6 % çoxdur.

Təkcə fevralda isə Azərbaycan 366,9 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 50 % çoxdur.

Xatırladaq ki, 2022-ci ildə Azərbaycanın qeyri-neft ixracının dəyəri 2021-ci illə müqayisədə 12,3 % artaraq 3 047,7 milyon ABŞ dolları olub.

Comments


bottom of page