top of page

Azərbaycan Qazaxıstanla Aktau terminal anbarına kapital qoyuluşunu müzakirə edir


Qazaxıstan və Azərbaycan hazırda Aktau terminal anbarına və ya kənd təsərrüfatı kompleksinə kapital qoyuluşu məsələsini nəzərdən keçirir.

Bu barədə Qazaxıstanın Baş nazirinin müavini – ticarət və inteqrasiya naziri Serik Jumanqarin Azərbaycan ilə əldə olunan razılaşmalardan, o cümlədən meyvə-tərəvəz tədarükünün artırılması təklifindən danışarkən bildirib.

"Mən meyvə-tərəvəz tədarükünün artırılmasını təklif etdim, çünki Manqistau və Atırau vilayətlərində bu baxımdan çatışmazlıq var

Bundan əvvəl biz ticarət-iqtisadi missiyaları həyata keçirmişik və 25-30 milyon ABŞ dollarlıq malların qarşılıqlı tədarükü barədə razılığa gəlmişik. Sonuncu ticarət-iqtisadi missiya çərçivəsində bu göstəricini 55 milyon ABŞ dollara çatdırılması razılışdırılıb. Biz qənnadı məmulatlarının, akkumulyatorların və uzun fasilədən sonra transformatorların tədarükü ilə bağlı müqavilələr imzaladıq. Transformatorlarımız yenidən Azərbaycan bazarına qayıdır”, - S.Jumanqarin əlavə edib.

Xatırladaq ki, Qazaxıstan istehsalçılarının ticarət-iqtisadi missiyası çərçivəsində aprelin 5-də Bakıda Azərbaycan ilə Qazaxıstan arasında bir sıra müqavilələr imzalanıb.

bottom of page