Azərbaycan Qarabağda S-300 sistemlərini bu yolla məhv etdi


Vətən Müharibəsi ilə bağlı daha bir maraqlı fakt üzə çıxıb.


Böyük Britaniyanın "Middle East Eye” saytı adı açıqlanmayan yüksək rütbəli azərbaycanlı hərbçidən Qarabağda məhv edilən S-300 zenit-raket kompleksləri ilə bağlı açıqlama alıb.


"Azərbaycan Qarabağ Müharibəsi sırasında Sovet İttifaqının istehsal etdiyi təkmotorlu An-2 təyyarəsindən Rusiyanın "S-300” zenit-raket kompleksinin məhv edilməsi üçün pilotsuz aparat kimi istifadə edirdi”.


Azərbaycanlı hərbçi An-2 təyyarələrində distant idarəetmə sistemi quraşdırıldığını açıqlayıb.


"Təyyarələr S-300 kompeksini aktivləşdirirdi və An-2 vurulduqdan sonra onu vuran sistemin koordinatları Ordumuzun arsenalındakı Harop kamikadze dronlarına ötürülürdü".


Bunun sayəsində 44 günlük döyüşlər zamanı Ermənistana məxsus 6 ədəd S-300 zenit-raket kompleksi məhv edilib. //Modern.az