top of page

Azərbaycan Prezidenti: "İndoneziya ilə münasibətlərin dostluq məcrasında inkişafında birgə səylər gö


İnanıram ki, Azərbaycan-İndoneziya münasibətlərinin dostluq məcrasında inkişafı, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə, xüsusilə də Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində səmərəli əməkdaşlığımızın davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.



Muğan TV xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev İndoneziyanın milli bayramı – Müstəqillik Günü münasibətilə bu ölkənin Prezidenti Coko Vidodoya təbrik məktubunda ifadə edib.


İndoneziya Prezidentinə və onun simasında dost İndoneziya xalqına öz adından və Azərbaycan xalqı adından ən səmimi təbriklərini və xoş arzularını çatdıran dövlətimizin başçısı bu bayram günündə Coko Vidodoya möhkəm cansağlığı, xoşbəxtlik, işlərində uğurlar, xalqına isə daim əmin-amanlıq və rifah arzulayıb.


Röya Ağayeva

bottom of page