top of page

Azərbaycan Premyer Liqasının daha bir klubu Türkiyəyə yollanıb


“Qəbələ” 2022/23 mövsümünün ikinci yarısının hazırlığını gerçəkləşdirmək üçün Türkiyəyə yollanıb.

Antalyada qış təlim-məşq toplanışı keçirəcək “qırmızı-qaralar” yanvarın 17-dək qonşu ölkədə hazırlaşacaq.

Hazırlıq prosesində “Qəbələ” üç yoxlama oyunu keçirəcək. Əyalət təmsilçisi yanvarın 12-də Rumıniyanın “Sepsi”, 14-də Almaniyanın “Lukenvalde”, 16-da Çexiyanın “Teplitse” klubu ilə görüşəcək.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısı yanvarın 24-də start götürəcək. “Qəbələ” ilin ilk matçını Gəncədə “Kəpəz”ə qarşı keçirəcək.

bottom of page