Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub


Fevralın 23-ü saat 03:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqelərini heç bir səbəb olmadan atıcı silahlardan istifadə etməklə atəşə tutub.

Bu barədə MUĞAN TV - ə Müdafiə Nazirliyindən bildirilib. Bölmələrimizin cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.