Azərbaycan Ordusunun hərbçiləri Türkiyədə təlim keçəcək


Azərbaycan Ordusunun hərbçiləri Türkiyədə təlim keçəcək.


Muğan TV, APA-ya istinadən bildirir ki, barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.


“Can Azərbaycanla “Bir millət, iki dövlət” anlayışı ilə bir və bərabər çalışmağa davam edirik. Altı həftə davam edəcək təlimlər üçün Ispartaya gələn qəhrəman Azərbaycan Ordusunun hərbçilərini hava limanında qarşıladıq”, - deyə məlumatda qeyd olunub.