Azərbaycan Ordusunun giziri dəfn olunub - FOTO


olunub Martın 30-da Xocavənd rayonu ərazisində göldə boğularaq dünyasını dəyişən hərbçi bu gün dəfn olunub.


Müdafiə Nazirliyindən Muğan TV-yə verilən məlumata görə, gizir Heydər Əliyev doğulduğu Sabirabad rayonunun Bala Həşimxanlı kəndində torpağa tapşırılıb.


O, Vətən müharibəsində Füzulidən Laçın və Şuşaya qədər ağır döyüş yolu keçib.

Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunur ki, martın 30-da Xocavənd rayonu ərazisində xidmətdən kənar vaxtı göldə çimməyə cəhd göstərən Azərbaycan Ordusunun hərbi qulluqçusu, gizir Əliyev Heydər Rövşən oğlu boğularaq ölüb.


Faktla bağlı araşdırma aparılır.


Allah rəhmət eləsin!