top of page

Azərbaycan Ordusunda sürücülərin məşğələləri keçirilir


Azərbaycan Ordusunda sürücü ixtisası üzrə xidmət edən hərbi qulluqçuların peşəkarlığının və hazırlıq səviyyəsinin artırılması məqsədilə hərbi hissələrdə və təlim mərkəzlərində nəzəri-praktiki məşğələlər keçirilir.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Keçirilən məşğələlərdə əsas məqsəd sürücülərə hərbi nəqliyyat vasitələrinin istənilən hava şəraitində və müxtəlif relyefli ərazilərdə təhlükəsiz idarə edilməsini, eləcə də texnikanın təyinatı üzrə düzgün istismarını və texniki qulluğun göstərilməsini öyrətməkdir.

Qeyd edək ki, məşğələlərin səmərəli keçirilməsi üçün hərbi hissələr zəruri tədris vasitələri, avadanlıq və qurğularla tam təmin olunub.

bottom of page