top of page

Azərbaycan Ordusu Ağdərə istiqamətində atəş açmayıb - MN


Azərbaycan Ordusunun atəşi nəticəsində qanunsuz erməni dəstə üzvünün yaralanması xəbəri yalandır.


Bu barədə Muğan TV-yə Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.


"İyunun 22-si saat 13:00 radələrində Azərbaycan Ordusunun bölmələrinin Ağdərə rayonu istiqamətində atəş açması nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinin bir üzvünün yaralanması barədə sorğuya cavab olaraq bildiririk ki, bölmələrimiz qeyd olunan istiqamətdə atəş açmayıb", - deyə nazirlikdən bildirilib.

Comments


bottom of page