Azərbaycan Ombudsman Aparatı tərəfindən onlayn təlim keçirilib



İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyasının illik fəaliyyət planına əsasən, üzv ölkələrin ombudsman institutları üçün ilk təlim Azərbaycan Ombudsman Aparatı tərəfindən keçirilib. Muğan Tv xəbər verir ki, “İnformasiya əldə etmək hüququnun müdafiəsi: Azərbaycan Ombudsmanının təcrübəsi” mövzusuna həsr edilmiş onlayn tədbirdə Ombudsman Aparatının Beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq şöbəsinin müdiri Zaur Vəliməmmədli və İnformasiya əldə etmək hüququnun müdafiəsi şöbəsinin müdiri Lamiyə Zeynalova təlimçi qismində çıxış ediblər.


Təlim zamanı informasiya əldə etmək hüququnun yaxşı idarəetmənin təminində rolu, milli

qanunvericilikdə və beynəlxalq sənədlərdə informasiya əldə etmək hüququnun təsbiti, bu

hüququn həyata keçirilməsinə nəzarət üzrə Azərbaycan Ombudsmanının mandatı və təcrübədən nümunələr iştirakçıların diqqətinə çatdırılıb.

Qeyd edək ki, bu təlimlər İƏT-ə üzv ölkələrin ombudsman institutları arasında təcrübə

mübadiləsi aparılması məqsədilə təşkil edilir və bundan öncə də Ombudsman Aparatı tərəfindən Azərbaycan Ombudsmanının mandatı və müharibə ilə əlaqədar fəaliyyətinə həsr edilmiş təlim-seminar keçirilmişdi.