top of page

Azərbaycan neftinin bahalaşması davam edir


Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.


Muğan TV xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,1 ABŞ dolları və ya 0,11% artaraq, 89,39 ABŞ dollarına bərabər olub.


Qeyd edək ki, 2022-ci ildə “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il “Azeri Light” (CIF) nefti 44,6% bahalaşıb.


Röya Ağayeva

Comments


bottom of page