Azərbaycan nefti ucuzlaşıb



Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,89 ABŞ dolları, yaxud 1,23 % azalıb.

Muğan TV xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 71,32 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.