top of page

Azərbaycan nefti birinci yarımildə 50%-dək bahalaşıb



Bu ilin yanvar-iyun aylarının nəticələrinə əsasən, dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 110,08 ABŞ dollarına bərabər olub.


"APA-Economics"in apardığı hesablamalara görə, bu, ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 44,65 dollar və ya 68,2% çoxdur.


Cari ilin ilk altı ayında ən yüksək göstərici (martın 8-i) – 135,99 dollar təşkil edib, ən minimal göstərici isə (yanvarın 4-ü) 82,49 dollar səviyyəsində olub.


Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycan neftinin qiyməti 49,6% və ya 40,91 dollar artıb.

bottom of page