top of page

Azərbaycan nümayəndəsi NATO Baş katibinin müavinini regiondakı vəziyyət barədə məlumatlandırıb


Azərbaycanın NATO-dakı nümayəndəsi Cəfər Hüseynzadə Alyansın Baş katibinin müavini Mirça Coana ilə görüşüb.

Mugantv xəbər verir ki, bunu C.Hüseynzadə tviterdə yazıb.

Görüşdə ikitərəfli münasibətlər, həmçinin Azərbaycanın beynəlxalq sülhə və təhlükəsizliyə, o cümlədən enerji təhlükəsizliyinə verdiyi töhfə barədə fikir mübadiləsi aparılıb.

C.Hüseynzadə M.Coanaya Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi və regiondakı vəziyyət haqqında məlumat verib.

Comentários


bottom of page