top of page

Azərbaycan millisinin baş məşqçisi: Ermənistan üzərində qələbə xalqımıza hədiyyə olsun


Ermənistan üzərində qələbə Azərbaycan xalqına hədiyyə olsun.

Muğan tv xəbər verir ki, bunu Basketbol Federasiyasının mətbuat xidmətinə açıqlamasında Azərbaycanın 16 yaşadək qızlardan ibarət millisinin baş məşqçisi Evren Alkaya deyib.

Türkiyəli mütəxəssis Avropa çempionatının C divizionunun ilk matçında Ermənistan üzərində qazanılan qələbəni şərh edib:

"Görüşə yüksək səviyyədə hazırlaşmışdıq. Rəqibin hücumlarının qarşısını almağa çalışırdıq. Müdafiədə aqressiv oynadıq, rəqibə rahat oynamağa imkan vermədik. Hücumlarımızı məntiqi sonluqla başa vurmağı bacardıq. Ümid edirəm ki, nəticələrimiz uğurlu olacaq və çempionluq sevinci yaşayacağıq. Bu matçda qələbəyə inandıq və bunu bacardıq. Ermənistan üzərində qələbə Azərbaycan xalqına hədiyyə olsun".

Qeyd edək ki, U-16 növbəti oyununu iyulun 10-da Gürcüstan, 11-də isə Kipr kollektivlərinə qarşı keçirəcək.

Comments


bottom of page