top of page

Azərbaycan millisinin baş məşqçisi əməliyyat olunacağı üçün Avropa çempionatını buraxacaq


19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin baş məşqçisi Ağatahir Əzimovun səhhətində problemlər yaranıb.

Federasiyadan verilən məlumata görə, mütəxəssis yaxın günlərdə cərrahiyyə əməliyyatı olunacaq.

Bu səbəbdən yığmanı Avropa çempionatının əsas mərhələ oyunlarına İlqar Aslanov çıxaracaq.

Qeyd edək ki, U-19 əsas mərhələdə Bosniya və Herseqovina, Fransa və Yunanıstanla eyni qrupda yer alıb. Bu qrupun matçları martın 21-dən 26-dək Bosniya və Herseqovinanın Siroki Briyeq şəhərində keçiriləcək.

bottom of page