top of page

Azərbaycan millisi ilə oyun öncəsi Avstriya yığmasının heyətində dəyişiklik olub


AVRO-2024-ün seçmə mərhələ oyununda Azərbaycan millisini qəbul edəcək Avstriya yığmasının heyətində dəyişiklik olub.

"Lask" klubunun qapıçısı Aleksander Şlager zədə səbəbindən komandadan kənarlaşdırılıb. Onu Almaniya "Bayer"indəki həmkarı Patrik Pents əvəzləyib.

Qeyd edək ki, Avstriya seçməsi martın 24-də Azərbaycan, 27-də isə Estoniya millisi ilə Lints şəhərində qarşılaşacaq.

bottom of page