top of page

Azərbaycan millisi FIFA reytinqində geriləyəcək




Futbol üzrə Azərbaycan millisi aprelin 6-da açıqlanacaq FIFA reytinqində 2 pillə geriləyəcək.

Buna səbəb komandanın AVRO-2024-ün seçmə mərhələsindəki ilk iki oyununda məğlub olmasıdır.

Avstriyaya 1:4, İsveçə isə 0:5 hesabı ilə uduzan Canni De Byazinin kollektivinin aktivindən 9 xal silinəcək. Bu da xalların 1142-yə enməsi ilə nəticələnəcək. Reytinqdə Qambiya və Mərkəzi Afrika Respublikası seçmələri Azərbaycan yığmasını qabaqlayacaqlar.

Qeyd edək ki, FIFA-nın açıqladığı son siyahıda Azərbaycan millisi 1151 xalla 121-ci yerdə qərarlaşıb.

bottom of page