Azərbaycan meyvə-tərəvəz idxalını 9 % artırıb



Bu ilin yanvar-avqust aylarında Azərbaycan 136,5 milyon ABŞ dolları dəyərində 234 222 ton meyvə-tərəvəz idxal edib.


Muğan TV Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 3,8 % və 8,7 % çoxdur.


Hesabat dövründə meyvə-tərəvəz idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 1,9 %-ni təşkil edib.