top of page

Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin üzvü vəfat edib


Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin üzvü Marifə Əhmədova vəfat edib.

O, ötən gün 69 yaşında dünyasını dəyişib.

M.Əhmədova uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkirmiş.

O, əvvəllər Lənkəran Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin baş mühəndisi, eləcə də şəhərin baş memarı vəzifəsində çalışıb. M.Əhmədova həmçinin Lənkəranın girişində yerləşən “Samovar” abidəsinin müəllifi olub.

bottom of page