
Azərbaycan Xarici İşlər Nazirliyi Meksikanı Müstəqillik Günü münasibətilə təbrik edib.
Bu barədə nazirliyin “Twitter” səhifəsindən paylaşılan yazıda qeyd olunur:
“Müstəqillik Günü münasibətilə Meksika Birləşmiş Ştatlarının dost xalqına ən hərarətli təbriklərimizi, sülh və rifah arzularımızı çatdırırıq.
Müstəqillik Günün mübarək olsun, Meksika!”