
Bu gün futbol üzrə Azərbaycan Kubokunda ikinci finalçı müəyyənləşəcək.
Yarımfinalın cavab oyununda "Qəbələ" "ASCO Arena"da "Səbail"in qonağı olacaq.
Əyalətdə keçirilmiş ilk görüşdə "qırmızı-qaralar" 3:2 hesablı qələbəyə seviniblər. Elmar Baxşıyevin baş məşqçi olduğu komandaya finala yüksəlmək üçün heç-heçə də kifayət edəcək. "Dənizçilər" isə mütləq qalib gəlməlidirlər.
Bu cütün güclüsü finalda "Neftçi"yə rəqib olacaq.
Azərbaycan Kuboku Yarımfinal, cavab oyunları 27 aprel
20:00. "Səbail" - "Qəbələ" İlk oyun - 2:3 Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Tural Qurbanov Hakim-inspektor: İmanxan Sultani AFFA nümayəndəsi: Seymur Səlimli "ASCO Arena".
Qeyd edək ki, ölkə kubokunun final oyunu iyunun 3-də "Bakcell Arena"da keçiriləcək.
Comments