top of page

Azərbaycan jest dili və jestlərin avtomatik tanınması problemləri tədqiq olunub


İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzinin (TİM) növbəti onlayn elmi seminarında "Azərbaycan jest dili və jestlərin avtomatik tanınması problemləri" mövzusunda məruzə dinlənilib.

Bu barədə institutdan məlumat verilib.

Məruzədə jest dilinin tətbiq sahələri, informasiyanın jestlərlə ötürülməsi problemlərini öyrənən elm sahələri, informasiyanın ötürülməsi vasitələri, eləcə də jestlərin statik və dinamik növləri haqqında məlumat verilib, Azərbaycan daktil əlifbasının daktilemləri təqdim edilib. Aparılan analizin nəticəsi olaraq jestlərin tanınması sahəsində təklif edilmiş metodların üstünlükləri və çatışmayan cəhətləri müqayisəli şəkildə təhlil olunub. Qeyd edilib ki, jest dilinin Azərbaycan dilində avtomatik tərcümə sistemi inklüziv təhsilə imkan yaradacaq və sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlb olunması, erkən yaşlarında cəmiyyətə adaptasiyası təmin olunacaq.

bottom of page