Azərbaycan iqtisadiyyatında artım başlayıb


Bu ilin yanvar-may aylarında Azərbaycanda 31 532,5 milyon manatlıq və yaxud ötən ilin eyni dövrünə nisbətən 0,8% çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib.


Muğan TV bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.


Xatırladaq ki, yanvar-aprel aylarının yekununda ölkə iqtisadiyyatında 0,2% geriləmə qeydə alınmışdı.


Son 1 ildə ölkə iqtisadiyyatının neft-qaz sektorunda əlavə dəyər 6,7% azalıb, qeyri-neft-qaz sektorunda isə 4,5% artıb.


ÜDM istehsalının 41,2%-i sənaye, 10,4%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,5%-i nəqliyyat və anbar təsərrüfatı, 5,3%-i tikinti, 4,2%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,9%-i informasiya və rabitə, 1%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 18,8%-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,7%-ni təşkil edib.


İl ərzində ölkədə adambaşına düşən ÜDM-in dəyəri isə 14,2% artaraq 3 151 manat olub.