
Azərbaycan-İspaniya biznes forumunun keçirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Mugantv xəbər verir ki, bu barədə İspaniyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Patrisia Sançezin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) müşaviri Zöhrab Qədirovla görüşündə müzakirə edilib.
Z. Qədirov ölkədə yaradılmış əlverişli biznes və investisiya mühiti, həyata keçirilən layihələr barədə məlumat verib.
Xatırladaq ki, sonuncu dəfə Azərbaycan-İspaniya biznes forumu 2019-cu ildə İspaniyanın Kastiliya La Mança (Castilla La Mancha) bölgəsinin Tomelloso şəhərində keçirilib.