top of page

"Azərbaycan İnvestisiya Şirkəti" ötən il 5 layihəyə 10 milyon manat pul qoyub


2022-ci ildə İqtisadiyyat Nazirliyinə məxsus "Azərbaycan İnvestisiya Şirkəti" ASC qida emalı, quşçuluq, alternativ enerji, logistika, əczaçılıq və mədən sahələrində olan 5 layihəyə 10 milyon manat sərmayə yatırıb, daha 4 layihə üzrə qarşıdakı dövrdə 20,5 milyon manat investisiya yatırılması qərara alınıb.

Mugantv xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov özünün "Facebook" səhifəsində bildirib.

"Ölkəmizin qeyri-neft sektorunda kapital investisiyalarının təşviqində "Azərbaycan İnvestisiya Şirkəti"nin məxsusi rolu var", - deyə o qeyd edib.

bottom of page