top of page

Azərbaycan gimnastları Dünya Kubokunda gümüş medal qazanıblar


Akrobatika gimnastikası üzrə Azərbaycan yığmasının üzvləri Ağasif Rəhimov və Raziyə Seyidli Belçikanın Antverpen şəhərində keçirilən Dünya Kubokunda gümüş medal qazanıblar.

Federasiyadan verilən məlumata görə, cütlük qarışıq hərəkətlər proqramında ikinci yeri tutub.

Eyni şəhərdə baş tutan “Flanders Acro Cup” beynəlxalq turnirində isə Azərbaycanın qadın gimnastları Nəzrin Zeyniyeva, Zəhra Rəşidova və Anahita Bashiridən ibarət qrup qarışıq hərəkətlər proqramında qızıl medala layiq görülüb.

bottom of page