top of page

Azərbaycan gimnastları Bakıda keçirilən "AGF Trophy" turnirində növbəti medalı qazanıblar


Azərbaycan gimnastları Bakıda keçirilən bədii gimnastika üzrə "AGF Trophy" beynəlxalq turnirində daha bir medal qazanıblar.

Yarışın üçüncü günündə Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovanın yer aldığı gənclərdən ibarət qrup komandası 5 iplə hərəkətlərin icrasında ikinci yeri tutub.

Qeyd edək ki, bu kollektiv daha əvvəl çoxnövçülük proqramında gümüş medala sahib çıxıb.

bottom of page