![](https://static.wixstatic.com/media/4c77fe_06133cd8b1d0428ca5094dfa92befbf4~mv2.jpg/v1/fill/w_153,h_95,al_c,q_80,usm_0.66_1.00_0.01,blur_2,enc_auto/4c77fe_06133cd8b1d0428ca5094dfa92befbf4~mv2.jpg)
Azərbaycanın yunan-Roma güləşçisi Nihad Quluzadə Bolqarıstanın paytaxtı Sofiyada keçirilən U-20 dünya çempionatının qalibi olub.
55 kq-da çıxış edən idmançı finalda rumıniyalı Denis Mihaya 6:1 hesabı ilə qalib gəlib.
87 kq-da yer alan Laçın Vəliyev isə 3-cü yer uğrunda qarşılaşmada iranlı Əbülfəzl Əli Çobanini məğlub edərək, bürünc medala sahib çıxıb.