Filologiya üzrə fəlsəfə doktoru Rüstəmova Zenfira Qulam qızı vəfat edib.
Məlumatına görə, Z.Rüstəmova AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsində böyük elmi işçi vəzifəsində çalışıb.
Şərqşünas alim XIV əsr ərəb alimi Əbu Həyyan əl-Əndəlusinin elm aləmində böyük marağa səbəb olan, əsrlərlə itmiş hesab olunan və çox çətinliklə əldə edilən “əd-Dürrə əl-Mudiyyə fi-l-luğa ət-Turkiyyə”, “Azərbaycan – latın – rus - ərəb tibb terminləri lüğəti ”ni hazırlayıb, çoxsaylı elmi məqalə və dəyərli əsərlərin müəllifidir.
Allah rəhmət eləsin!
Comments