top of page

"Azərbaycan Dəmir Yolları" sərnişindaşımanı 60 % artırıb


Bu ilin I rübündə "Azərbaycan Dəmir Yolları" QSC 1,51 milyon nəfər sərnişin daşıyıb.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 60 % çoxdur.

Rüblük sərnişin daşımalarının 1,46 milyon nəfəri Bakı-Sumqayıt, 0,05 milyon nəfəri isə Bakı-Ağstafa və Bakı-Qəbələ qatarlarının payına düşüb. Bunlar isə 1 il əvvələ nisbətən 55 % və 20 dəfə çoxdur.

Comments


bottom of page