![](https://static.wixstatic.com/media/4c77fe_d5bfe538a79e45158820e8dc3cff15fb~mv2.jpg/v1/fill/w_153,h_95,al_c,q_80,usm_0.66_1.00_0.01,blur_2,enc_auto/4c77fe_d5bfe538a79e45158820e8dc3cff15fb~mv2.jpg)
2022-ci ildə "Azərbaycan Dəmir Yolları" QSC (AYD) 5 milyon 136 min sərnişin daşıyıb.
Bu, 2021-ci illə müqayisədə 84 % çoxdur.
Ötən il daşınmış sərnişinlərin 5 milyon 8 mini Abşeron dairəvi dəmir yolu xətti üzrə daşımalara aiddir.
"İl ərzində Bakı-Gəncə-Bakı istiqamətində hərəkətin bərpası təmin edilib, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə əlavə qatarlar xəttə buraxılıb. 2022-ci ildə ölkə üzrə dəmir yolu ilə sərnişin daşınmalarında son on ilin ən yüksək göstəricisi əldə olunub”, - deyə qurum bəyan edib.
Xatırladaq ki, koronavirus (COVID-19) pandemiyasından əvvəl - 2019-cu ildə Azərbaycan dəmir yolu ilə yerli və beynəlxalq istiqamətlərdə ümumilikdə 3 milyon 875 min 729 sərnişin daşınıb.