top of page

"Azərbaycan Dəmir Yolları" daha 10 yeni qatar alır


"Azərbaycan Dəmir Yolları" QSC daha 10 yeni sərnişin qatarının alınmasına dair müqavilə bağlayıb.

Mugantv xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhmdar cəmiyyətinin sədri Rövşən Rüstəmov bildirib.

Onun sözlərinə görə, qatarların bir hissəsi gələn ilin sonuna qədər ölkəyə gətiriləcək. "Yeni qatarların bir hissəsi Bakı-Sumqayıt xəttində, digər hissəsi isə regionlara sərnişin daşımalarında istifadə ediləcək", - deyə sədr qeyd edib.

bottom of page