Avropa Cüdo Birliyinin və Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə Göygöl Olimpiya İdman Kompleksində beynəlxalq təlim-məşq toplanışı keçirilib. Muğan tv xəbər verir ki, ACF-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, hazırlıq prosesində Azərbaycanın yeniyetmə qızlardan və oğlanlardan ibarət cüdoçuları ilə yanaşı, Fransa, Yunanıstan, Qırğızıstan, Sloveniya, Ukrayna, Özbəkistan, Serbiya, Qazaxıstan və fərdi neytral idmançılar olmaqla ümumilikdə 200-ə yaxın idmançı iştirak edib.
Cüdoçulara yeniyetmə oğlanlardan ibarət komandanın baş məşqçisi Rüstəm Alimli, məşqçilər Nicat Şıxəlizadə və Emin İskəndərov, həmçinin yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov rəhbərlik ediblər.
Təlim-məşq toplanışı iyunun 27-dən 30-dək Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək yeniyetmələr arasında Avropa çempionatına hazırlıq məqsədi daşıyıb.
Comentarios