top of page

Azərbaycan, Bəhreyn və İsrailin ABŞ-dakı səfirlikləri iftar süfrəsi təşkil edib


Azərbaycan, Bəhreyn və İsrailin ABŞ-dakı səfirlikləri iftar süfrəsi təşkil edib.

Mugantv xəbər verir ki, Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim tədbirdə çıxış edib.

"Dostlarım və həmkarlarım Abdullah Əl-Xəlifə və Maykl Hersoqla Vaşinqtonda birgə iftar süfrəsi təşkil etməkdən böyük şərəf və məmnunluq hissi duyuram. İsmarış aydındır: sülh, dostluq, konfessiyalararası dialoq, regional əlaqələr və ortaq dəyərlər sayəsində üzləşdiyimiz bütün çətinliklərin öhdəsindən gələ bilərik”, - X.İbrahim tviterdə yazıb.

İsrailin ABŞ-dakı səfiri Maykl Hersoq isə qeyd edib ki, iftarın birgə təşkili barədə qərar konfessiyalararası, icmalararası və regionlararası körpülərin qurulmasını və daha parlaq gələcəyə doğru birgə addımlamağı simvolizə edir.

bottom of page