Azərbaycan əhalisinin sayı 10 milyon 122 min 148 nəfərə çatıb


İlin əvvəlindən ölkə əhalisinin sayı 3015 nəfər və ya 0,03 faiz artaraq 2021-ci il fevral ayının 1-i vəziyyətinə 10 milyon 122 min 148 nəfərə çatıb. Əhalinin 53 faizini şəhər, 47 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Bu barədə AZƏRTAC-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, ölkə üzrə bir kvadrat kilometrə düşən əhalinin sayı 117 nəfər olub.