top of page

Azərbaycan üzgüçüləri beynəlxalq turnirdə iştirak edəcəklər


Azərbaycanın yeniyetmə və gənc üzgüçüləri beynəlxalq turnirdə iştirak edəcəklər.

Üzgüçülük Federasiyasından verilən məlumata görə, baş məşqçi Rəşad Əbdürrəhmanov bu gün Macarıstanın Şopron şəhərində start götürəcək yarışda 18 idmançıya şans verəcək.

Turnirdə Azərbaycanla yanaşı Almaniya, Fransa, Macarıstan, Slovakiya və Xorvatiya təmsilçiləri də mübarizə aparacaqlar.

Qeyd edək ki, yarış aprelin 16-da başa çatacaq.

コメント


bottom of page