top of page

Azərbaycanın qadın boksçusu dünya çempionatını bürünc medalla başa vurub


Azərbaycanın qadın boksçusu Aynur Rzayeva Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən dünya çempionatını bürünc medalla başa vurub.

81 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda qazaxıstanlı Lazzat Kunqeybayeva uduzub.

Qeyd edək ki, 2,4 milyon ABŞ dolları mükafat fondu olan dünya çempionatının final döyüşləri martın 25-də və 26-da keçiriləcək. 65 ölkədən 300-dən artıq boksçunun qatıldığı yarışın qalibi 100 min, finalçısı 50 min, bürünc medalçısı 25 min dollar qazanacaq.

bottom of page