top of page

Azərbaycanın güllə atıcılığı üzrə paralimpiyaçıları Hannoverdə daha 2 medal qazanıblar


Milli Paralimpiya Komitəsinin güllə atıcılığı üzrə milli komandasının üzvləri Almaniyanın Hannover şəhərində keçirilən beynəlxalq turnirdə daha iki medal qazanıblar.

Odlu silahdan (tapança) 50 metr məsafəyə fərdi yarışda Kamran Zeynalov ikinci yeri, Kamran Zeynalov, Yelena Taranova və Aybəniz Babayevadan ibarət yığma isə komanda yarışında 3-cü pilləni tutub.

Qeyd edək ki, turnir bu il 17-29 sentyabrda Perunun paytaxtı Limada təşkil olunacaq dünya çempionatına lisenziya qazandırır.

Azərbaycan təmsilçilərindən Aybəniz Babayeva 10 m, Yelena Taranova 10 m və 25 m, Rafiq Əliyev 25 m, Kamran Əliyev isə 50 m məsafəyə atışda mundiala vəsiqə əldə ediblər.

Comments


bottom of page