top of page

Azərbaycanın FIFA referisi təyinat alıb


Azərbaycanın futzal üzrə FIFA referisi Hikmət Qafarlı beynəlxalq təyinat alıb.

O, 19 yaşadək futzalçılardan ibarət komandalar arasında təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin 2-ci qrupunun qarşılaşmalarını idarə edəcək.

Martın 21-dən 26-dək Serbiyada təşkil olunacaq qrup oyunlarında Serbiya, Ukrayna, Rumıniya və Monteneqro komandaları mübarizə aparacaq.

bottom of page