top of page

Azərbaycanın cüdo millisi Masters turnirini birinci pillədə başa vurub


Azərbaycanın gənc cüdoçuları Almaniyanın Bremen şəhərində keçirilmiş Beynəlxalq Masters turnirində 2 qızıl, 1 gümüş və 1 bürünc medal əldə ediblər.

Yığma yarışda medal əyarına əsasən, ümumi hesabda birinci yeri tutub.

Nicat Şirinov (60 kq.) və Qadir Hüseynov (73 kq.) qızıl, Aydın Rzayev (66 kq.) gümüş, Əli Hacıyev isə (60 kq.) bürünc medal qazanıb.

Məmmədrza Hacızadə (81 kq.) 5-ci yerdə, Əjdər Bağırov, Nicat Şıxəlizadə (90 kq.), Atabala Niftəliyev, Tamerlan Cabbarov (100 kq.) və Məhəmməd Məhəmmədzadə (+100 kq.) 7-ci yerdə qərarlaşıblar.

Qeyd edək ki, idmançılar 27 - 29 martda Bremendə təşkil olunacaq təlim-məşq toplanışına qatılacaqlar.

bottom of page